İlham Əliyevdən Kərim Vəliyevlə bağlı SƏRƏNCAM

ÖLKƏ
16:08 / 23.07.2021
1587

Prezident İlham Əliyev müdafiə nazirinin müavini Kərim Vəliyevlə bağlı sərəncam imzalayıb.

HİT.Az xəbər verir ki, sərəncama əsasən general-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.

Qeyd edək ki, daha öncə Baş Qərargah rəisi Nəcməddin Sadıqov olub. O, 1993-2020-ci illərdə bu postda olub.

0