Bakıda dustaq məhkəmədən qaçdı

11:32 / 26.07.2021
1307

Bakıda dustaq məhkəmədən qaçıb.

“Qafqazinfo”nun əldə etdiyi özəl məlumata görə, iyulun 20-də Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitəsinin daşınmasına görə saxlanılan şəxs bir gün sonra qaçıb.

1976-cı il təvəllüdlü Tərlan Həsənov barəsində verilən sanksiyaya baxılması üçün iyulun 21-də Suraxanı rayon Məhkəməsinə gətirilib.

Prosesdən öncə məhkəmə zalında polislərin başının qarışmasından və onun nəzarətsiz qalmasından istifadə edərək oradan qaçıb.

2