Məhkəmədən qaçan şəxs yarım saat sonra saxlanılıb - DİN  

ÖLKƏ
12:14 / 26.07.2021
2145

Bakıda məhkəmədən qaçan təqsirləndirilən şəxs saxlanılıb.

Bu barədə HİT.Az-a Daxili İşlər Nazirliyinin ( DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, keçirilən əməliyyat-axtarış tədbirləri ilə məhkəmə zalından qaçan şəxs yarım saat ərzində müəyyən olunaraq saxlanılıb və  aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, iyulun 20-də Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 1976-cı il təvəllüdlü Tərlan Həsənov narkotik vasitəsinin daşınmasına görə saxlanılıb. Daha sonra o, iyulun 21-də Suraxanı Rayon Məhkəməsinə gətirilib. Amma təqsirləndirilən şəxs prosesdən əvvəl məhkəmə zalından qaçıb.

0