Abel Məhərrəmovun oğlu yenidən səfir təyin olundu

ÖLKƏ
13:55 / 26.07.2021
1864

Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

HİT.Az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, Anar Məhərrəmov Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun oğludur. O, 2016-2021-ci illərdə Azərbaycanın İspaniyadakı səfiri vəzifəsində çalışıb.

1