Gəncədə həyətyanı sahələri su basdı, elektrik enerjisinin verilişi dayandırıldı

19:58 / 27.07.2021
1580

Bu gün axşam saatlarında Gəncə şəhərində yağan leysan yağış və dolu bir sıra fəsadlar törədib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, leysan yağış səbəbindən avtomobillərin hərəkətində qismən çətinlik yaşanıb, şəhərin bəzi küçələrini, evlərin həyətyanı sahələrini su basıb.

Hava şəraitinə görə şəhərin bəzi hissəsinə elektrik enerjisinin verilişi dayandırılıb.

Hazırda Gəncə şəhəri və ətraf rayonlarda yağıntılı hava şəraiti davam edir.

1