Daha 1 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi

21:27 / 27.07.2021
1789

Qarabağdakı döyüşlər zamanı ölən daha 1 erməni hərbçinin cəsədlərinin qalıqları qarşı tərəfə təhvil verilib.

Bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Meyit Xocavənd ərazisində aparılan axtarışlar zamanı aşkarlanıb. Bildirilir ki, ölən hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 616-ya çatıb.

0
“Qafqazinfo”