Metroda işıq söndü - Qatar tuneldə qaldı

ÖLKƏ
09:59 / 30.07.2021
1821

“Nizami-İnşaatçılar” sahəsində metropolitenə gələn xətlərdə elektrik enerjisinin verilməsində qısamüddətli gərginlik düşməsi nəticəsində bütün xətlər üzrə qatarların hərəkətində yubanmalar yaranıb.
 
Bu barədə Modern.az-a məlumat verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov problemin aradan qaldırılması istiqamətində işlər aparıldığını deyib.
 
Qeyd edək ki, gərginliyin itməsi səbəbindən “Cəfər Cabbarlı” və “Şah İsmayıl Xətai” stansiyaları arasında qatar tuneldə qalıb.

4