İlham Əliyevdən Flora Kərimovayla bağlı iki SƏRƏNCAM

ÖLKƏ
11:40 / 31.07.2021
2425

Azərbaycan musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Flora Ələkbər qızı Kərimovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

HİT.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

***

Azərbaycan Prezidenti İlham Əliyev Flora Kərimovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

HİT.Az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Flora Ələkbər qızı Kərimova “Şərəf” ordeni ilə təltif edilib.

1