Eldəniz Səlimovla bağlı spikerə müraciət - 53 deputat ona qarşıdır

ÖLKƏ
14:53 / 31.07.2021
2254

Milli Məclisin sədri Sahibə Qafarova 53 deputatın tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən 2021-ci il avqustun 3-də parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Bu barədə HİT.Az-a Milli Məclisdən məlumat verilib.

Növbədənkənar sessiyanın gündəliyinə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ daxil edilib.

1