Türkiyədəki yanğın bölgəsinə ezam olunmuş azərbaycanlı jurnalist xəstəxanaya yerləşdirilib - FOTO

ÖLKƏ
19:36 / 31.07.2021
1348

“APA TV”nin Türkiyənin yanğın bölgəsinə ezam olunmuş əməkdaşı Xəqani Hüseynov xəstəxanaya yerləşdirilib.

APA-nın məlumatına görə, o, yanğın bölgəsində tüstüdən zəhərlənib.

X.Hüseynova ilkin tibbi yardım göstərildikdən sonra Marmaris Dövlət Xəstəxanasına yerləşdirilib.

Ondan qan nümunəsi götürülüb və ilkin diaqnoz olaraq tüstüdən zəhərləndiyi təsdiqlənib.

2