Azərbaycanlı pilotun cəsarəti türkləri heyrətə gətirdi: "Aslansın" - VİDEO

ÖLKƏ
14:36 / 02.08.2021
6224

Azərbaycanlı yanğınsöndürənlərin Türkiyədə göstərdiyi fədakarlıq qardaş ölkənin mediasının da diqqətindədir.

Sosial mediada yayılan görüntülərdə Fövqəladə Hallar Nazirliyinə məxsus "Amfibiya" təyyarəsinin yanğınsöndürmə işlərində fəal iştirak etdiyi müşahidə olunur. Pilotumuzun yerə yaxınlaşaraq, suyu alovun üzərinə dəqiq boşaltması türklərin alqışını qazanıb.

Qeyd edək ki, bəzi hallarda pilotlar yanğına bu qədər yaxınlaşmağa cəsarət etmirlər. Onlar təhlükə ilə üzləşməmək üçün suyu alovun üzərinə yuxarı məsafədə boşaldırlar ki, bu da səmərəli nəticə vermir.

0
metbuat.az