Ermənilər Kəlbəcərdə ordumuza məxsus “Ural”ı vurub? - RƏSMİ

ÖLKƏ
19:55 / 02.08.2021
2510

Müdafiə Nazirliyi sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus Ural markalı avtomobilin guya Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən minaatanlardan atəşə tutulması və itkilərin olması barədə yayılan məlumata münasibət bildirib.

Nazirlikdən HİT.az-a  verilən məlumata görə, yayılan məlumatlar həqiqətə uyğun deyil.

Bildirilib ki, Azərbaycan Ordusunun bütün texnikası tam tərkibdə yerindədir.

0