Bakıda hər il ağır maddələrlə həbs edilən “Klublar kralı” kimdir? - FOTO

ÖLKƏ
17:35 / 03.08.2021
2777

Xəbər verdiyimiz kimi, "Extra” gecə klubunda epidemiya əleyhinə və karantin rejimlərinin pozulması halları aşkar edildiyinə görə sözügedən klubunun rəhbərliyi Dilsuz Dəmirçiyev və Əmrah Yusifov həbs ediliblər. 

Hit.Az qaynarinfo-ya istinadla xəbər verir ki, "Extra” gecə klubunun rəhbəri Dilsuz Dəmirçiyev mətbuatda bir çox qalmaqallarla yadda qalıb. Belə ki, Dilsuz Dəmirçiyev 2018-ci ildə İran İslam Respublikası vətəndaşı Vakili Razlighi Alinin qanunsuz azadlıqdan mərhum etdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb olunub. Ona Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Kifayət qədər ağır maddələrlə həbs olunan və Bakıda "Klublar kralı” kimi tanınan Dilsuz Dəmirçiyev qısa müddətdən sonra müəmmalı səbəblərdən azadlığa buraxılıb. 

Bakı şəhərində fəaliyyət göstərən "Ellips”, "Otto”, "Süfrə”, "Status” "Malibu” adlı məşhur gecə klublarının sahibi Dilsuz Dəmirçiyev Vergilər Xidməti (keçmiş Vergilər Nazirliyi) ilə də ciddi problemlər yaşayıb. O vergidən yayınmağa görə, 2019-cu ildə məhkəməyə verilmişdi. 

Demək olar ki, hər il bir qalmaqalla hüquq-mühafizə orqanları tərəfindən araşdırma mövzusu olan Dəmirçiyev Dilsuz Kazım oğlu müəmmalı olaraq həbslərdən yayına bilib. 

Nəhayət Dəmirçiyev Dilsuz Kazım oğlu gecə klublarında epidemiya əleyhinə və karantin rejimlərinin pozulması halına görə yenidən həbsə göndərildi.

0