\"Ded Xasan\"nın nəvəsi azərbaycanlıya 6 kq qızıl \"atdı\" - FOTO

17:49 / 03.08.2021
1565

Rusiyada, adı açıqlanmayan Azərbaycan vətəndaşı tanınmış qanuni oğrunun dələduzluğunun qurbanı olub.

Qaynarinfo Rusiya mətbuatına istinadən xəbər verir ki, azərbaycanlını aldadan qanuni oğru "Giya Sverdlovski" ləqəbi ilə tanınan 47 yaşlı Georgi Akoyevdir. O həm də məşhur kriminal avtoritet, "Ded Xasan" kimi tanınan Aslan Usoyanın qardaşı oğludur.

Məlumata görə, "Gia Sverdlovski" Yekaterinburqda yaşayan Azərbaycan vətəndaşını onun 6 kiloqram qızılını daha yüksək qiymətə (50 milyon rubula) satmaq və qazancı onunla bölüşmək vədi ilə aldadıb.

Azərbaycan vətəndaşı da əlində olan 6 kiloqram qızılı qanuni oğrunun adamlarına təhvil verib. "Gia Sverdlovski" qızılı ələ keçirdikdən sonra yoxa çıxıb.

Rusiyada çıxılmaz vəziyətdə qalan həmyerlimiz "Giya Sverdlovski"dən qızılını geri almaq üçün azərbaycanlı kriminal avtoritetlərdən kömək istəyib.

Polisə isə hadisə ilə bağlı heç bir şikayət daxil olmayıb.

3