Sentyabrda məktəblər açılacaq? - Nazirdən cavab

ÖLKƏ
19:41 / 04.08.2021
1405

Təhsil naziri Emin Əmrullayev sentyabrda orta məktəblərin açılıb-açılmayacağı ilə bağlı suala cavab verib.

Hit.az xəbər verir ki, nazir bununla bağlı danışmağın hələ tez olduğunu bildirib:

“Bu gün bununla əlaqədar danışmaq tezdir. Gördüyünüz kimi, pandemiya ilə bağlı rəqəmlər artır. Bu barədə yaxın günlərdə çalışacağıq, məlumat verək”.

0