"Ağsu və şamaxı rayonlarının mürkkəb relyefi olan dağlıq ərazilərində baş verən yanğın söndürülüb".
Bunu "Report"un Yuxarı Şirvan bürosuna Ağsu Rayon İcra Hakimiyyətinin (RİH) Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Sənan Feyzullayev deyib.
Şöbə müdirinin sözlərinə görə, yanğının lokallaşdırılması, söndürülməsi və meşə təsərrüfatlarına keçməsinin qarşısının alınması hadisə yerinə cəlb edilən canlı qüvvə, texnika və vasitələr sayəsində çətinliklə də olsa mümkün oldu: "Yanğının baş verdiyi ərazilərdə təhlükəsizlik məqsədi ilə işlər davam etdirilir. Yanğın tam söndürülüb, lakin kiçik və nəzərdən yayınan közlər və ocaq qalıqları sayəsində alov əmələ gələ və ərazidən yenidən yanğın baş verə bilər. Buna görə də FHN əməldaşları yanğının baş verdiyi ərazilərdə ən son təhlükəsizlik tədbirlərini həyata keçirirlər. Ərazidə yennidən alovların əmlə gəlməyəcəyinə tam əmin olduqdan sonra görülən tədbirlər başa çatdırılacaq".
S.Feyzullayev əlavə edib ki, yanğın zamanı heç bir ziyan qeydə alınmayıb: "Yanğının vaxtında ram edilməsi, meşə və digər təsərrüfatlara ziyan verməsinin qarşısını almış oldu".
13.12
Ağsu rayonunun dağlıq ərazisində dünəndən başlayan yanğın Şamaxı rayonu ərazisinə keçib.
HİT.az “Report”a istinadə xəbər verir ki, Ağsunun Gəgəli kəndi tərəfində başlayan yanğının yanğınsöndürənlər və kənd əhalisinin köməkliyi ilə söndürülməsinə nail olunub.
Lakin yanğın Şamaxı rayonu istiqamətinə keçib. Hazırda həmin ərazidə yanğınsöndürmə işləri davam edir.
10.52
Ağsunun Gəgəli kəndinin şimal-qərb tərəfində, "El yeri" adlanan dağlıq ərazinin yaxınlığında yanğın başlayıb.
Hit.Az “Report”-a istinadla xəbər verir ki, ötən gün saat 10-30 radələrindən başlayaraq sözügedən ərazilərdə kol-kos yanır.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu, Şamaxı və İsmayıllı yanğından mühafizə hissələrindən 5 yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb olunub.
Hazırda yolsuzluq və çətin relyef şəraitində getdikcə yayılan yanğının söndürülməsi üçün gərgin mübarizə aparılır.
Əsas diqqət yanğının dağlardakı meşəlik ərazilərə keçmədən söndürülməsinə yönəldilib.
Qeyd edək ki, yanğınla mübarizəyə mülki vətəndaşlar da cəlb olunub.