Partlayışda ölən polis kimin oğludur? - FOTO

ÖLKƏ
10:32 / 06.08.2021
3024

İyunun 27-də Bakının "Maşın bazarı"nda axtarışda olan şəxsin özünü qumbara ilə partlatması nəticəsində xəsarət alan polis kapitanı Elçin Səfərov bu gün tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.

Vəfat etmiş polis kapitanı vəzifəli şəxslərdən birinin övladı olub.

Belə ki, Elçin Səfərov 1 saylı İstintaq Təcridxanasının sabiq rəisi Rəşid Səfərovun oğludur. R.Səfərov 2017-ci ildən Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəis müavini vəzifəsini icra edir.

Qeyd edək ki, Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd olunub ki, iyulun 27-də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 1982-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin narkotiklərlə əlaqəli və qaçaqmalçılıq maddələri ilə məhkum olunmuş Müseyib Ələsgərov paytaxtın Yasamal rayonu ərazisində idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərib. Bu zaman üzərində olan qumbara partlayıb. Nəticədə M.Ələsgərov ölüb.

Avtomobildə olan sərnişin - əvvəllər soyğunçuluq cinayətinə görə məhkum olunmuş 1993-cü il təvəllüdlü Elman Qurbanov isə qaçarkən saxlanılıb. Şəxsi axtarış zamanı ondan külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.

Partlayış zamanı 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alsa da, onlardan biri bu gün dünyasını dəyişib.

0
BAKU.WS