Dövlət Agentliyində yoxlamalar aparılır - RƏSMİ

16:21 / 06.08.2021
1331

Hesablama Palatası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində (İTSDA) yoxlamalar aparır.

Bu barədə HİT.az-a Palatadan məlumat verilib. Bildirilib ki, Agentlikdəki yoxlamalar artıq yekunlaşmaq üzrədir.

Bundan əlavə, İTSDA-da yoxlamaların qurumun fəaliyyəti dövrünü əhatə etdiyi qeyd olunub. Nəticələr Palatanın İdarə heyətinə təqdim edildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Agentlikdəki yoxlamalar barədə ilk xəbəri unikal.org yayıb.

1