Sumqayıta avtobus problemi: Kilometrlərlə yol qət etməli olurlar - VİDEO

ÖLKƏ
14:18 / 07.08.2021
1502

Son zamanlar yeni salınan yaşayış massivlərində, o cümlədən qəsəbədən uzaqda yerləşən ərazilərdə avtobus problemi yaşanır. Sumqayıt şəhərinin “Yeni məhəllələr” adlanan yaşayış massivinin sakinləri də sözügedən problemlə üz-üzə qalıblar.

HİT.az xəbər verir ki, bu dəfə problemi “Real TV” komandası işıqlandırıb.

Həmin ərazidə yaşayan sakinlər iki il əvvəl qaldıqları ünvana 21 nömrəli marşrutun işlədiyini, hazırda isə onun fəaliyyətini dayandırdığını bidiriblər.

Sakinlər bir neçə dəfə bu məsələ ilə bağlı müxtəlif qurumlara müraciət etsələr də, onların problemi həllini tapmayıb. İndi onlar istədikləri məkana çatmaq üçün kilometrlərlə yol qət etməli olurlar.

1