Bələdiyyə sədri oğluna 500 nəfərlik toy edib? - DİN-dən açıqlama (FOTO/VİDEO)

ÖLKƏ
11:53 / 09.08.2021
3404

Daxili İşlər Nazirliyi Buzovna bələdiyyə sədri Mətləb Əliyevin oğluna 500 nəfərlik toy mərasimi keçirməsi ilə bağlı sosial şəbəkələrdə yayılan fikirlərə münasibət bildirib. 

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Qaynarinfo-nun sorğusuna cavab olaraq deyib ki, sosial şəbəkələrdə sözügedən toy mərasimi ilə bağlı görüntülər yayıldıqdan sonra Xəzər rayon Polis İdarəsinin əməkdaşları araşdırmaya başlayıb: 

"Toy sahibi ilə də əlaqə saxlanılıb. Videogörüntüdə əks olunan hallar araşdırılıb. Toy görüntülərinə baxış keçirilib. Toy mərasiminin 500 nəfərin iştirakı ilə keçirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar təsdiqini tapmayıb”. 

2