Azərbaycanda qadını maşından atan şəxsin kimliyi açıqlandı

ÖLKƏ
13:18 / 09.08.2021
3327

Daxili İşlər Nazirliyi hərəkətdə olan avtomobildən yola atılan qadınla bağlı yayılan xəbərə münasibət bildirib.

DİN-in mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov "Ölkə.Az"a açıqlamasında bildirib ki, avqustun 7-də Şabran rayon sakini Heyyət Heybətov ilə tanışı, Qusar rayon sakini Natəvan Sarxanova arasında mübahisə yaranıb:

“Sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı müvafiq araşdırma aparılır. Tərəflər arasında yaranan mübahisənin təfərrüatları araşdırılır".

1