Nazirdən yeni TƏYİNAT - FOTO

14:23 / 09.08.2021
3116

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) insan resursları sektorunun müdiri vəzifəsinə yeni təyinat olub. 

Qaynarinfo-ya daxil olan məlumata görə, təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, Fuad Əsgərov insan resursları sektorunun müdiri vəzifəsini müvəqqəti icra edəcək. 

Qeyd edək ki, bundan əvvəl sözügedən sektorun müdiri Raman Məmmədov olub. O Xarici İşlər Naziri Ceyhun Bayramovun müvafiq əmri ilə, XİN-nin Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin olunub.


 

0