Qeydiyyata alınmış siyasi partiya və mətbuat orqanlarının sayı açıqlandı

ÖLKƏ
12:21 / 11.08.2021
1560

"Bu ilin 6 ayı ərzində Azərbaycanda 76 kommersiya qurumu dövlət qeydiyyatına alınıb".

HİT.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin Qeyri-Hökumət Təşkilatları ilə iş şöbəsinin rəisi vəzifəsini icra edən Aslan Hacıyev bildirib.

Onun sözlərinə görə, hazırda qeydiyyata alınan ümumi kommersiya qurumlarının sayı 4766-a çatıb: "Bu qurumlardan 56-sı siyasi partiya, 3332-i QHT, 209-u fondlar, qalanları isə digər qurumların payına düşür.

Eyni zamanda bu il 21 mətbu nəşr uçota alınıb. Beləliklə, Azərbaycanda uçota alınmış ümumi mətbu nəşrlərin sayı 5382-ə çatıb".

0