Sumqayıtda iki avtomobili toqquşdu 6 nəfər xəsarət aldı

ÖLKƏ
23:47 / 11.08.2021
702

Sumqayıtda iki minik avtomobili toqquşub, 6 nəfər xəsarət alıb.

Hit.az xəbər verir ki, avtoqəza "Elmar" dairəsi kimi tanınan döngədə baş verib.

"VAZ 2110" markalı minik avtomobili qarşıda hərəkətdə olan "Mercedes" markalı avtomobillə toqquşub. Qəza nəticəsində 6 nəfər xəsarət alıb. Onlardan 2 nəfərinin vəziyyəti ağır olduğundan Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1