Havada toz dumanı müşahidə olunur

ÖLKƏ
12:56 / 12.08.2021
983

Bu gün səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən HİT.az-a verilən məlumata görə, peyk görüntülərindən əldə olunan məlumata əsasən, havada müşahidə olunan toz dumanı transsərhəd xarakter daşıyır.

Hazırda havada tozun miqdarı normadan 3.9 dəfə çoxdur.

Belə tozlu havanın gün ərzində davam edəcəyi gözlənilir.

0