Azərbaycan yanğınsöndürənləri Türkiyədə yanğınların qarşısı belə aldı FOTO/VİDEO

ÖLKƏ
21:50 / 12.08.2021
1063

Ötən sutka ərzində FHN-in qüvvələri Türkiyənin Köyceğiz bölgəsinin Otmanlar rayonunda, Məntəşə bölgəsinin Yılanlı və Burdur bölgəsinin Bucak rayonunda soyutma tədbirləri həyata keçirilib.

FHN-dən HİT.az-a verilən məlumata görə, tüstülənmə qeyd olunan yerlərdə yanğının baş verməsinin qarşısı alınıb.

Eyni zamanda, FHN-in qüvvələri tərəfindən Milas bölgəsindəki Yeniköy və Kemerköy istilik elektrik stansiyalarının sutkalıq fasiləsiz mühafizəsi də davam etdirilib.

Bundan başqa, soyutma tədbirlərinə cəlb edilən FHN-ə məxsus "BE-200ÇS” tipli amfibiya təyyarəsi ötən sutka ərzində Burdur istiqamətində yeddi dəfə uçuş həyata keçirməklə 63 ton, helikopter isə Köyceğiz istiqamətində 28 dəfə uçuş həyata keçirməklə 70 ton su töküb.

0