12 nəfər batma təhlükəsi ilə üzləşdi

ÖLKƏ
23:17 / 14.08.2021
1802

Bu gün 12 nəfər batma təhlükəsi ilə üzləşib.

HİT.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan”, “Corat”, “Buzovna” sularda xilasetmə məntəqələrinin ərazisində və dörd halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub.

0