Bu ilin yanvar-iyul aylarında Azərbaycan 64,9 milyon ABŞ dolları dəyərində 92 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edib.
Hit.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,4 dəfə və 2,3 dəfə çoxdur.
Hesabat dövründə qara metallar və onlardan hazırlanan məmulatlar ixracı Azərbaycanın ümumi ixracının 0,57 %-ni təşkil edib