Azərbaycanda professor vəfat etdi - FOTO

ÖLKƏ
10:07 / 17.08.2021
1726

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Zahid Məmmədov vəfat edib.

HİT.az “Report”a istinadən xəbər verir ki, Z.Məmmədov 90 yaşında dünyasını dəyişib.

O, universitetin “Humanitar fənlər” kafedrasında məsləhətçi-professor vəzifəsində çalışırdı.

Qeyd edək ki, 1931-ci il oktyabrın 31-də Füzuli rayonunun Cuvarlı kəndində anadan olub.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 24 aprel tarixli 1430 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar müəllim fəxri adı” verilib. Təhsil Nazirliyinin 02 noyabr 2006-cı il tarixli əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.

0