Kabildəki Azərbaycan sülhməramlılarının yeni görüntüləri - VİDEO

ÖLKƏ
13:53 / 17.08.2021
1397

Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən Azərbaycan sülhməramlılarının ümumi vəziyyəti sabitdir.

Müdafiə Nazirliyindən HİT.Az-a verilən məlumata görə, sülhməramlılarımız hazırda onlar üçün müəyyən olunmuş sektorda mühafizə və müdafiə tapşırıqlarını yerinə yetirir.

Azərbaycan Ordusunun 120 nəfərdən ibarət  sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir.

 

0