Azərbaycan əhalisinin sayı AÇIQLANDI

ÖLKƏ
18:28 / 17.08.2021
1375

Azərbaycan əhalisinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən HİT.az-a verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 20 063 nəfər və ya 0,2 faiz artaraq 2021-ci il iyul ayının 1-i vəziyyətinə 10 139 196 nəfərə çatıb.

Əhalinin ümumi sayının 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

0