XTQ zabiti 29 ildən sonra Şuşada atasının şəhid olduğu məkanda - VİDEO

ÖLKƏ
12:37 / 18.08.2021
1694

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) zabiti, qazi kapitan Polad Rzayev 29 illik ayrılıqdan sonra Şuşada atasının şəhid olduğu məkanı ilk dəfə ziyarət edib.

Şuşa Şəhər Dövlət Qoruğu İdarəsindən verilən məlumata görə, Vətən müharibəsi zamanı xüsusi şücaət göstərən, Murov dağı, Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak edən Polad Rzayev atası Tofiq Oğuzun 29 il sonra “Tar Sexi” adlanan ərazidə şəhadətə ucaldığı məkanı görmək imkanı qazanıb.

Xatırladaq ki, Tofiq Oğuz əfsanəvi “Qarabağ” batalyonunun komandiri olub.

0