Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ilə görüşüb

14:42 / 18.08.2021
1105

Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ilə görüşübYaşar Güler və Zakir Həsənov

“IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə İstanbul şəhərində səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerlə görüşüb.

Bu barədə Hit.az Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

0