Sosial şəbəkələrdə Lənkəran rayonu ərazisində vətəndaşların, xüsusilə də sürücülərin məcburi qaydada vaksinasiyadan keçirilmək üçün xəstənaya aparılması ilə bağlı məlumatlar yayılıb.
Bildirilib ki, onlar polis tərəfindən məcburi şəkildə vaksinasiyaya aparılır.
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Lənkəran rayonu ərasində vaksinasiyadan keçməyən vətəndaşların məcburi qaydada vaksinasiyaya aparılması ilə bağlı iddialar həqiqəti əks etdirmir:
“Polisin bununla bağlı tədbiri olmayıb. Polis əməkdaşları ictimai nəqliyyatda tibbi maskadan istifadə və sosial məsəfənin gözlənilməsi ilə bağlı nəzarət-profilaktiki tədbirlər həyata keçirirlər”.
“Nəzarət-profilaktik tədbirlər çərçivəsində ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür”, - deyə o qeyd edib.