Hacı Bəhruz vəfat etdi

ÖLKƏ
13:30 / 21.08.2021
1817

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Hacı Bəhruz Əzizov vəfat edib. 

HİT.az xəbər verir ki, QMİ-dən “qafqazinfo”ya məlumatı təsdiqləyiblər. Hacı Bəhruzun bu gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilir. 

Qeyd edək ki, QMİ-nin Nəsimi rayonu üzrə səlahiyyətli şəxsi olan Hacı Bəhruz Əzizov həm də “Hacı Əjdərbəy” məscidinin imamı idi. 

0