Azərbaycan və Türkiyənin sülhməramlıları radikal “Taliban” hərəkatının nəzarəti altında olan Əfqanıstanın paytaxtı Kabilin Həmid Karzai adına Beynəlxalq Hava Limanında "bir millət, iki dövlət" şüarı ilə çiyin-çiyinə xidmət edir.
HİT.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hava limanının təhlükəsizliyi için 24 saat növbə çəkən Azərbaycan əsgərləri Türkiyənin təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə birlikdə həm də ehtiyacı olan insanlara yardım edir.
Agentliyə danışan Azərbaycan sülhməramlısı Anar Babayev "Hazırda Əfqanistanda xidmətdəyik. Türk qardaşlarımızla birlikdə xidmət aparırıq. Onlara yardım edirik", - deyib.
Bir aya yaxındır Kabildə olduqlarını söyləyən digər hərbçimiz Səxavət Kazımov "Türkiyə əsgərləri ilə eyni bölgədə xidmət aparırıq. Ailəmə, bütün əsgərlərin ailələrinə salam söyləyirəm. Hər şey yaxşıdır. İnşallah sağ-salamat ölkəmizə dönəcəyik", - qeyd edib.
Digər sülhməramlımız Həbib Həsənov da "Türk qardaşlarımıza yardım edirik, hər zaman da yardıma hazırıq", - deyərək, ailəsinə salam göndərib.
Hamid Karzai adıına Beynəlxalq Hava Limanında xidmət edən Azərbaycan əsgərlərindən Qismət Musayev də "Türkiyə əsgərləri ilə birlikdə xidmət edirik, bununla da qürur duyuruq. Biz qardaşıq", - deyə vurğulayıb.