Hacıbala Abutalıbovun sabiq müavini daha bir vəzifəsini də itirdi

ÖLKƏ
14:28 / 24.08.2021
2100

Bakı Şəhər İcra Hakimiyyətinin başçısının sabiq müavini Fidumə Hüseynova Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvlüyündən çıxarılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, onu bu vəzifədə Bakı Şəhər İcra Hakimiyyətinin Aparatın rəhbəri Elgin Şirin oğlu Həbibullayev əvəz edib.

Qeyd edək ki, F.Hüseynova 2005-ci ildən 2021-ci ilin mart ayınadək Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müavini olub.

0