AzTV-nin xanım rejissoru koronavirusdan öldü

ÖLKƏ
14:36 / 24.08.2021
2719

Azərbaycan Dövlət Televiziyasının (AzTV) “Ədəbi-dram verilişləri” Baş redaksiyasının rejissoru Arzu Mövlud koronavirusdan vəfat edib.

Məlumata görə, bu barədə adı çəkilən redaksiyanın baş redaktor müavini Azər Qismət bildirib.

Onun sözlərinə görə, Arzu Mövlud bir anlıq boğulma içində vəfat edib. Mərhum rejissorun həyat yoldaşı da hazırda komadadır.

0
Modern.az