Cəbrayılda daha bir erməni hərbçisinin meyitinin qalıqları tapıldı

18:13 / 24.08.2021
741

Qarabağda Vətən müharibəsi zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb.

Bu barədə Hit.az Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, hərbi qulluqçuların meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.

Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 648-ə çatıb.

0