Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakıda fəaliyyət göstərən "Zoobulvar" adlı obyektdə araşdırmalara başlayıb.
Bu barədə Hit.az-a nazirlikdən məlumat verilib.
"Sosial şəbəkələrdə “Zoobulvar” adlı mərkəzdə yaxşı olmayan şəraitdə saxlanıldığı deyilən alpakanın görüntüləri yer alıb. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilir. Bu barədə ictimaiyyətə əlavə məlumat təqdim olunacaq", - açıqlamada bildirilib.