Xalq artistinin bacısı koronadan vəfat etdi: “Vaksin vurdurmuşdu, ona olmazdı”

ÖLKƏ
23:39 / 24.08.2021
2125

Xalq artisti Zümrüd Məmmədovanın bacısı, AzTV-nin rejissoru Arzu Məmmədova 50 yaşında koronovirusdan dünyasını dəyişib.

Bu haqda Zümrüd Məmmədova məlumat verib: "Bacım gecə saat 2-də vəfat etdi. Bu gün dəfn olundu. Allergiyası var idi və bir həftə əvvəl vaksin vurdurmuşdu. Ona peyvənd olmazdı. Üç gün idi koronavirusa da yoluxmuşdu.

Axşam vəziyyəti ağırlaşdı və gözümün qabağında dünyasını dəyişdi. Bacımın 50 yaşı var idi. İki övladı qaldı".

2
Teleqraf