Kamran Əliyevdən iki təyinat

ÖLKƏ
16:27 / 25.08.2021
1690

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İşğaldan azad olunmuş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” 1 aprel 2021-ci il tarixli Sərəncamına əsasən, Qubadlı və Kəlbəcər Hərbi Prokurorluqları yaradıldıqdan sonra Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə qeyd olunan hərbi prokurorluqların struktur və ştat tərkibi müəyyən edilib.

Bu barədə HİT.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bundan başqa, müvafiq əmrlərlə Bayramov Mahir Ələmdar oğluna Kəlbəcər hərbi prokuroru, Mürsəlov Elşən Xıdır oğluna Qubadlı hərbi prokuroru vəzifələrinin icrası həvalə edilib.

1