Ağstafada COVİD-19 (koronavirus) pandemiyasına qarşı mübarizəni gücləndirmək məqsədi ilə növbəti reydlər keçirilib.
HİT.az əbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və rayonun hüququ-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən reydlərdə ticarət, ictimai iaşə və xidmət obyektlərində, eləcə də rayon Mərkəzi bazarında mövcud şərait araşdırılıb, sahibkar və vətəndaşlarla maarifləndirici-profilaktik söhbətlər aparılıb, pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələr izah olunub.