Ordumuzun hərbçisi sülhməramlıların nəzarətində olan əraziyə keçdi - RƏSMİ

ÖLKƏ
12:01 / 26.08.2021
2637

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.

Bu barədə HİT.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, sgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.

"Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib", - məlumatda bildirilib.

1