Məşhur diktor koronavirusa yoluxdu - Vəziyyəti ağırdır

ÖLKƏ
15:38 / 26.08.2021
2012

Azərbaycan radiosunun ilk diktorlarından olan Züleyxa Hacıyeva koronavirusa yoluxub. 

HİT.az xəbər verir ki, bu barədə teleaparıcı Pərvin Əsgərli sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, Z.Hacıyevanın vəziyyəti ağırdır: 

“Qızı Gülnarə xanımla danışanda dedi ki, günlərdir yemək belə yemir. Amma yaddaşı üzərindədir. Zəng edib maraqlananları tanıya bilir”.

Hazırda Züleyxa Hacıyevanın 97 yaşı var.

0