Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun ikinci ən böyük yaşayış məntəqəsi Dağ Kəsəməndə sakinlərlə növbəti görüşünü keçirib, kənd ictimaiyyətinin nümayəndələri ilə həlli vacib məsələlər ətrafında müzakirələr aparıb.
RİH başçısının kənd iəd üzrə nümayəndəsi İbrahim Qiyasbəyov Dağ Kəsəməndə son dövrlərdə görülən abadlıq-quruculuq və sakinlərin gündəlik kommunal-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə görülən digər işlər barədə qısa arayış verib. Qeyd olunub ki, kəndin mərkəzi Heydər Əliyev küçəsində aparılan yenidənqurma işləri son tamamlama mərhələsindədir, şəhidlərin xatirəsinə “Xarıbülbül” abidə kompleksi və istirahət parkı inşa olunub, eləcə də şəhidlərin adına üç ədəd bulaq –abidə kompleksi sakinlərin istifadəsinə verilib, üç ədəd subartezian quyusu və iki ədəd elektrik transformatoru təmir olunub, kənd 1 nömrəli tam orta məktəb binasının dam örtüyü dəyişdirilib, kənddaxili 2,2 km avtomobil yolu xırlanaraq qreyderlə hamarlanıb, həmçinin kənd qəbirstanlığında aparılan abadlıq işlərinə yekun vurulub.