AzTV–nin əməkdaşı 30 il əvvəl Şuşada şəhid olan qardaşının məzarını tapdı VİDEO

ÖLKƏ
13:32 / 27.08.2021
2300
AzTV–nin əməkdaşı Elgün Qənbərov 29 il bundan əvvəl Şuşada şəhid olan qardaşının məzarını tapıb.
 
Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib. Elgün Qənbərov bildirib ki, qardaşı Qənbərov İsrafil İnqilab oğlu 1991-ci il mart ayının 14 də şəhid olub:
 
"Məzarı Şuşa şəhərindəki qəbiristanlıqdan tapdıq. Məzarın çətinliklə ona aid olduğunu bildik, vəhşilər qəbirləri də dağıdıblar. Hətta qəbiri qazmaq istəyiblər”.
0