Sumqayıtda biabırçı mənzərə: 1-ci mikrorayon sakinləri antisanitariya şəraitində yaşayır - FOTOLAR

19:58 / 28.08.2021
1790

Sumqayıt şəhəri 1-ci mikrorayon, Cəfər Cabbarlı küçəsi 18-24, bina 29/4B-nin sakinləri antisanitariya şəraitində yaşayırlar. 

Bina sakinləri Qaynarinfo-ya bildirib ki, yay gələndən onlar bu vəziyyətdədir. Binanın yaxınlığında olan zibil qutuları təmizlənsə də, gigiyena qaydalarına əməl olunmur. Belə ki, zibillər təmizlənən zaman zibil qalıqları, onların suyu asfalta axıdılır. Sonradan isə təmizlənmir. Qalıqlar, zibil suları asfalta hoparaq həm çirkin mənzərə yaradır, həm də ətrafa yayılan qoxu insanları narahat edir. 

"Yay gələndən antisanitar vəziyyətdən bezmişik. Həyətə çıxıb nəfəs almaq istəyirsən, bu iydən aldığın nəfəs də xəstəlikdən başqa bir işə yaramır. Uşaqlarımız çıxıb oynaya bilmir. Böyüklü-kiçikli hamımız bu vəziyyətdən narahatıq”, deyə bina sakinləri əlavə edib.

Qeyd edək ki, həmin ərazi Sumqayıt şəhər 5 nömrəli Mənzil İstismar Sahəsinin balansındadır. 

Bina sakinlərinin ərazidən gönədərdiyi fotoları təqdim edirik:

0