Bərdədə qardaş dostu ilə birləşib qardaşını öldürdü - Qısqanclıq...

14:20 / 29.08.2021
1627

Qardaş dostu ilə əlbir olub qardaşını öldürüb.

APA-nın məlumatına görə, hadisə Bərdənin Hacıallı kəndində qeydə alınıb.

1988-ci il təvəllüdlü İnayət Nəzərov dostu Şəhriyarla qardaşı, 1984-cü il təvəllüdlü Səxavət Nəzərovu bıçaqlayaraq öldürüb.

Onların əmisi Nofəl Əliyev bildirib ki, qardaşlar arasında uzun illər əvvəl yaranan mübahisəyə səbəb qısqanclıq olub. Mərhumun 5 gün əvvəl isə övladı dünyaya gəlib.

Cinayəti törədən şəxslər saxlanılıb

Faktla bağlı Bərdə rayon prokurorluğunda cinayət işi açılıb.

4