Daşkəsən sakini minaya düşüb.
HİT.az xəbər verir ki, hadisə rayonun Ermənistanla sərhəd olan Alaxançallı kəndində qeydə alınıb.
1964-cü il təvəllüdlü Tağıyev Şükür Əşrəf oğlu ərazidə qoyun otaran zaman atı sərhədi keçib.
Ş.Tağıyev atını gətirən zaman minaya düşüb. O, xəstəxanaya yerləşdirlib, sağ ayağı topuqdan amputasiya edilib. Vəziyyətinin ağır olduğu bildirilir.